“Əsəb, stress, gərginlik qırmızı həddə yaxınlaşıb” - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

“Əsəb, stress, gərginlik qırmızı həddə yaxınlaşıb” - XƏBƏRDARLIQ

Sosial

08 İyul 2020 17:48 1402


"Karantin məsələsi çox uzandı. Artıq bunun ciddi fəsadları görünməkdədir. İnsanlar evlərinə çörək pulu apara bilmir. Vəziyyət çox ağırdır. İntihara cəhdər var". 

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev deyib. O bildirib ki, insanlarda əsəb, stress, gərginlik, pulsuzluq qırmızı həddə yaxınlaşıb: "Əvvəllər insanlarımız xəstəliyi ciddi qəbul etmirdilərsə, indi bu barədə ümumiyyət düşünmürlər. Çünki maliyyə çətinliyi ilk yerdə gəlir. İnsanlar 5-10 manat qazanc üçün 100-200 manatlıq cərimə olunmaq riskini göz önünə alırlar. Müəyyən dövrdən sonra proseslər idarəolunmaz səviyyəyə gələ bilər. Hökumət bu barədə ciddi düşünməlidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!