“Əsəd hakimiyyətin dinc yolla ötürülməsi barədə göstəriş verərək ölkəni tərk edib”

saytların hazırlanması

Evə çatdırılma

“Əsəd hakimiyyətin dinc yolla ötürülməsi barədə göstəriş verərək ölkəni tərk edib”

Dünya

08 Dekabr 2024 16:59 958


"Prezident Bəşər Əsəd Suriya Ərəb Respublikası ərazisində silahlı münaqişənin bir sıra iştirakçıları ilə apardığı danışıqlar nəticəsində prezident postunu tərk etmək qərarına gəlib və hakimiyyətin dinc yolla ötürülməsi barədə göstəriş verərək ölkəni tərk edib. Rusiya bu danışıqlarda iştirak etməyib".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib.

"Biz Suriya cəmiyyətindəki bütün etno-konfessional qüvvələrin fikirlərinə hörmət etməyə çağırırıq və yekdilliklə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi əsasında inklüziv siyasi prosesin qurulması səylərini dəstəkləyirik. Həmçinin BMT-nin bu yanaşmaları nəzərə alacağını gözləyirik", - məlumatda bildirilib. Toyuqlu pizza

Qeyd olunub ki, rəsmi Moskva Suriyada baş verən dramatik hadisələri narahatlıqla izləyir və Suriyadakı Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür:

"Rusiyanın Suriyadakı hərbi bazaları yüksək hazırlıq vəziyyətinə gətirilib. Hazırda onların təhlükəsizliyinə ciddi təhdid yoxdur", - XİN vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!