Əsədin ailəsi Rusiyaya necə qaçıb? - Oğlu hər şeyi açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Əsədin ailəsi Rusiyaya necə qaçıb? - Oğlu hər şeyi açıqladı

Dünya

14 Fevral 2025 09:15 458


Bəşər Əsədin oğlu Hafiz sosial şəbəkədə ailəsinin Dəməşqdən necə ayrıldığı haqda yazıb.

Onun adından "Telegram" və "X"də postlar yayılıb. Belə ki, 23 yaşlı Hafiz Əsəd ailənin hələ 2012-2013-cü illərdə, paytaxtın davamlı hücumlara məruz qaldığı vaxtlarda Suriyanı tərk etməyi planlaşdırdığına dair şayiələri təkzib edib. Hafiz ehtiyat təxliyə planının olmadığını iddia edir.

Dekabrın 7-dən 8-nə keçən gecə adı açıqlanmayan Rusiya rəsmisinin səfərindən sonra vəziyyət dəyişib. Hafiz anası Əsma və bacısı Zeynin Moskvada olduğunu qeyd edib. Onun özü noyabrda Rusiyanın paytaxtında dissertasiya müdafiə edib və dekabrın 1-də Dəməşqə qayıdıb. pizza

Bildirib ki, dekabrın 7-i axşam köç haqda söhbət belə olmayıb. Qardaşı Kərim imtahan verirdi, bacısı isə Moskvadan Dəməşqə uçuş gözləyirdi. Hafizin sözlərinə görə, gecə yarısından sonra onların iqamətgahına Rusiya rəsmisi gəlib və dərhal Latakiyaya hərəkət etmək xahişini çatdırıb. Bəşər Əsəd oğulları və qardaşı Maherlə birlikdə Dəməşqdən Rusiyanın Xmeymim bazasına uçub.

Bazaya çatdıqdan sonra Burj rayonunda prezident iqamətgahı ilə əlaqə kəsilib və cəbhədə vəziyyət kəskin şəkildə pisləşib. Rusiya komandanlığı xaos və hərbi rəhbərliklə əlaqənin kəsilməsi səbəbindən bazanı tərk etməyin mümkün olmadığını bildirib. Moskva ilə məsləhətləşmələrdən sonra Əsədin ailəsinin Rusiyaya təxliyəsi barədə qərar qəbul edilib.

Xüsusilə qeyd edək ki, artıq həmin yazılar sosial şəbəkələrdən silinib. Amma xarici kütləvi informasiya vasitələri, xüsusən də "Əl-Hadas" telekanalı onları təkrar təqdim edib. (Publika.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!