Əşrəf Qani istefa səbəbini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Əşrəf Qani istefa səbəbini açıqladı

Dünya

15 Avqust 2021 23:44 1907


“Taliban” Kabilə hücum etməyə hazırlaşırdı”.

Yenisabah.az xəbər verir ki, bu barədə istefa verən Əfqanıstan prezidenti Əşrəf Qani özünün “Facebook”dakı hesabında yazıb.

“Düzgün qərar qəbul etdim. “Taliban” məni hakimiyyətdən devirmək üçün Kabilə və onun sakinlərinə qarşı qanlı hücum etməyə hazır olduğunu açıq şəkildə bəyan etdi. Qan tökülməsinin qarşısını almaq üçün vəzifəmdən istefa vermək qərarına gəldim”, - deyə o bildirib. pizza

Qeyd edək ki, bu gün radikal “Taliban” silahlıları paytaxt Kabilə döyüşsüz daxil olublar. Əfqanıstan prezidenti Əşrəf Qani həyat yoldaşı, övladları və iki köməkçisi ilə birgə Kabildən Tacikistana uçub və oradan Omana gedib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!