Əşrəf Qəni haradadır? - Yeni iddia

saytların hazırlanması

Evə çatdırılma

Əşrəf Qəni haradadır? - Yeni iddia

Dünya

16 Avqust 2021 11:36 916


Tacikistan Xarici İşlər Nazirliyi Əfqanıstanın eks-prezidenti Əşrəf Qəninin olduğu təyyarənin Tacikistanın hava sahəsinə girmədiyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, Əfqanıstanın Daşkənddəki səfirliyi də devrilmiş dövlət başçısının Özbəkistana gəlib-gəlmədiyi ilə bağlı heç bir məlumata sahib olmadığını bildirib.

Eyni zamanda, “New York Times” nəşri Əşrəf Qəni və iki digər dövlət rəsmisinin Kabildən Daşkəndə yollandığını iddia edib.  Dominos pizza

Eks-prezidentin mühafizə xidməti “Əl-Cəzirə” telekanalına açıqlamasında bu məlumatı təsdiqləyib. Lakin Əfqanıstanın Özbəkistandakı səfirliyinin nümayəndəsi “Sputnik”ə "Belə bir məlumatlara malik olmadığımız üçün bu informasiyanı təsdiqləyə bilmərik", - deyib.

Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov da mövzu ilə bağlı açıqlama verərək Əfqanıstan eks-prezidentinin hazırda Qazaxıstanda olmadığını bildirib.

Bununla bərabər, Əşrəf Qəninin Omana getməsi ilə bağlı təsdiqlənməmiş məlumatlar da geniş yayılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!