Rusiya səfirliyi Əşrəf Qэninin pulla dolu maşınlarla ölkədən qaçdığını açıqlayıb.
Yenisabah.az "Sputnik"ə istinadla xəbər verir ki, bunu Əfqanıstandakı Rusiya diplomatik nümayəndəliyinin sözçüsü Nikita İşşenko bildirib.
Onun sözlərinə görə, Əfqanıstanın istefa verən prezidenti Əşrəf Qəni Prezident Sarayından çıxarkən pulla dolu 4 maşın onun kortejini müşayiət edib. pizza sifarişi
"Bu pulu vertolyota qoymağa çalışdılar, amma işlər yaxşı getmədi. Pulun bir hissəsi uçuş-enmə zolağında qaldı", - deyə İşşenko izah edib.
Telegram kanalımız