“Estetik, botoks kişi üçün deyil“ - Elton Hüseynəliyev

saytların hazırlanması

Evə çatdırılma

“Estetik, botoks kişi üçün deyil“ - Elton Hüseynəliyev

Şou

17 Yanvar 2022 10:18 808


Əməkdar artist Elton Hüseynəliyev plastik prosedurlar etdirən tanınmış kişiləri tənqid edib.

Yenisabah.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Günün sədası" verilişində danışıb. O bildirib ki, botoksa qarşıdır:

"Burun əməliyyatı keçirmişəm. Nəfəs ala bilmirdim, çəpər əyriliyi var idi. Amma bir az da estetik edilib. Baxanda çox da bilinmir. Xanımlar gözəllikləri üçün estetik edə bilərlər. Kişinin estetik etdirməsi nəyə lazımdır? Deyirlər ki, səhnə qurban tələb edir. Səhnənin adını çəkib ora nəyisə yamamaq lazım deyil. Estetik, botoks kişi üçün deyil! pizza hut

Bir məclisdə idik, Rafet El Roman da dəvət olunmuşdu. Onu tanıya bilmədim. Belə Rafet olar? Yanaqlarına nələrsə etdirmişdi. Elə bil vurub döyüblər onu. Rafet El Roman yox, Rafet El "yanaq" olmuşdu".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!