Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna Ermənistan və Azərbaycana sülh yolunda uğurlar əldə etmək üçün səbir arzulayıb.
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, İrəvanda keçirdiyi mətbuat konfransında nazir əmin edib ki, Aİ və Estoniya prosesə hər cür kömək göstərməyə hazırdır, lakin onun iştirakçısı deyil:
“Danışıqlar iki tərəf tələb edir və vasitəçi olmağa hazır olanlar var. Amma məsələni necə həll etmək iki xalqın və onların hökumətlərinin işidir. Biz Aİ və Estoniya öz imkanlarımız daxilində kömək etməyə hazırıq”. Dominos pizza
Telegram kanalımız