Ət bahalaşdı   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Ət bahalaşdı - VİDEO

Sosial

19 Fevral 2023 21:31 4109


Azərbaycanın bölgələrində ətin bir kiloqramı  12-13 manatdan 14- 15 manata qalxıb.

Yenisabah.az xəbər verir ki, Cəlilabaddakı satıcılar bilrdirirlər ki, bir neçə gündür bazarda mal və quzu ətinin qiymətində 1-2 manat artım olub.

Səbəb isə diri çəkidə aldıqları mal-qaranın baha olmasıdır. Marqarita pizza

Tovuzda isə yalnız xırdabuynuzlu heyvanların ətinin satış qiymətində bahalaşma müşahidə olunur. Əvvəlki qiymətə nisbətən bir kiloqram quzu ətinin qiymətində 2-3 manat artım var. Satıcılar mövcud vəzyyəti təsərrüfat sahiblərinin diri heyvanı baha satması ilə əlaqələndirirlər.

Bənzər mənzərə Bərdədə də müşahidə olunur. Satıcılar ətin bahalaşmasını  ot və yemlə əlaqələndirsələr də, bəziləri hazırda heyvanların azlığını səbəb göstərir.

Satıcıların sözlərinə görə, qiymət artımı satışa da ciddi təsir göstərib. Bildirilir ki, qiymət artımı tələbatın azalmasına səbəb olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!