Ətin qiyməti niyə bahalaşır? -   Komitə sədri səbəbini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Ətin qiyməti niyə bahalaşır? - Komitə sədri səbəbini açıqladı

İqtisadiyyat

12 Sentyabr 2025 13:52 356


Hazırda Azərbaycanda ət qiymətləri yüksəkdir.

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Tahir Rzayev deyib.

“Bunun səbəblərindən biri odur ki, bəzi hallarda mal-qara sahibləri məhsullarını bazara lazımı qaydada çıxara bilmirlər. Amma həmin şəxslər məhsullarını müəyyən köşklər vasitəsilə sata bilməlidirlər. Bu mənada bələdiyyələr çox böyük rol oynaya bilər. Bələdiyyələrin hər biri öz ərazilərində qanunvericilik çərçivəsində ət köşkləri yarada bilərlər. Bundan həm də bələdiyyə qazana bilər. Bələdiyyələrin rayonlarda yaşayan vətəndaşların məhsullarını satmasını təmin etməsi mümkündür”, - deyə komitə sədri qeyd edib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!