"Azərbaycanda yaşayış fondunun böyük bir hissəsini icazəsiz tikililər təşkil edir. Həmin tikililər bazara daxil olur, alğı-satqı prosesi həyata keçirilir və nəticədə alıcılar hüquqi problemlərlə qarşılaşırlar".
Bunu “Yeni Sabah”a əmlak ekspert Ramil Qasımzadə bildirib.
Onun sözlərinə görə, ev alarkən diqqət yetirilməli məqamlar var: Toyuqlu pizza
“Bir neçə fərqli istiqamət bir-birini tamamlamalı və uyğunlaşmalıdır. İlk növbədə, əmlakın ölçü və parametrləri. Alıcı öz tələblərinə uyğun əmlak seçməyə başlamazdan əvvəl hansı növ yaşayış sahəsini istədiyini dəqiq müəyyənləşdirməlidir. Məsələn, fərdi yaşayış evi axtarırsa, bu zaman onun şəhərin hansı hissəsində yerləşməsi mühümdür. Yox, əgər mənzil almağı nəzərdə tutursa, hansı mərtəbənin onun üçün daha əlverişli olması nəzərə alınmalıdır. Bundan sonra maliyyə imkanları və əmlakın qiymətinə diqqət yetirilməlidir”.
R.Qasımzadə vurğulayıb ki, alıcıları ən çox narahat edən və hələ də həllini tapmayan məsələ sənədləşdirmə problemləridir:
“Uzun illərdir ki, bu problemin həlli üçün müxtəlif müzakirələr fgedir. Azərbaycanda yaşayış fondunun böyük bir hissəsini icazəsiz tikililər təşkil edir. Həmin tikililər qanunsuz olaraq bazara daxil olur, alğı-satqı prosesi həyata keçirilir və nəticədə alıcılar hüquqi problemlərlə qarşılaşır. Bu, həm alıcılar, həm də əmlak bazarı üçün ciddi riskdir.
Beləliklə, alıcı alğı-satqısı prosesində diqqətli olmalı, hərtərəfli araşdırma aparmalı, əmlakın statusunu yoxlamalıdır”.
Aytac Şahin
Telegram kanalımız