Ev sahibi ilə birgə yandı

saytların hazırlanması

Evə çatdırılma

Ev sahibi ilə birgə yandı

Kriminal

19 May 2019 07:24 1198


Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub. 

“Yeni Sabah” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 50 m² sahədə yanıb. 

Yanğının kəşfiyyatı zamanı 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.  pizza mizza

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!