Qubada ikimərtəbəli ev yanıb.
Hadisə Mirzəbaba Tahirov küçəsi 40 ünvanında qeydə alınıb. Hadisə yerinə FHN nin Quba Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən maşını və Quba Mərkəzi Rayon Xəstəxanasının təcili tibbi yardım maşını cəlb edilib.
Niftulla Yaşar oğlu Əliyevə məxsus evin yanması nəticəsində ailə üzvlərindən biri - 33 yaşlı Əlibala Yaşar oğlu Əliyev yanıq xəsarətləri alıb. Ə.Əliyev Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun vəziyyəti ağır olduğundan Bakıdakı 5 saylı Yanıq Mərkəzinə göndərilib. pizza sifarişi
İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş vermiş qısaqapanma səbəb olub.
Report
Telegram kanalımız