Evə basqın edən maskalılar tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Evə basqın edən maskalılar tutuldu

Kriminal

27 May 2019 10:22 1247


Şəmkir rayonunda evə basqın edən maskalı şəxslər saxlanılıb.

Bu barədə "Yeni Sabah"a DİN-dən  məlumat verilib. 

Bildirilib ki, mayın 20-də DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yaşayan G.Qasımovanın evinə girmiş iki maskalı şəxsin onun əl və ayaqlarını bağlayaraq oradan 3000 rubl, bir ədəd mobil telefon və qızıl-zinət əşyalarını aparmaları barədə müraciət daxil olub. pizza hut

Aparılan əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən həmin şəxslərin Samux rayon Qarayeri qəsəbə sakinləri - 31 yaşlı Vəli Şəfiyev və onun tanışı, əvvəllər məhkum olunmuş, 28 yaşlı Yusif Kazımov olduğu müəyyən edilib. Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər quldurluq yolu ilə əldə etdikləri digər qənimətləri Gəncə şəhərində satdıqlarını, əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf ediblər. Həmin şəxslərin respublikanın digər şəhər və rayonlarında analoji cinayətlər törətmələri ehtimal olunduğundan istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!