Evə girən oğru 3 nəfəri yaraladı

saytların hazırlanması

Evə çatdırılma

Evə girən oğru 3 nəfəri yaraladı

Kriminal

10 May 2022 11:20 212


Neftçalada evə oğurluğa girən şəxs üç nəfərə xəsarət yetirib. 

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Neftçala Rayon Polis Şöbəsinə mayın 9-da saat 5 radələrində Xıllı qəsəbəsində yaşayan E.Sadıqovun evinə girən şəxsi saxlamağa cəhd göstərərkən xəsarət alması, həmin şəxsin bu zaman köməyə gələn iki qonşuya da boyun və qol nahiyələrinə dəmir parçası ilə xəsarət yetirərək oradan qaçması barədə məlumat daxil olub. Dominos pizza

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Salyan rayon sakini Qalib Müqabilzadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!