Əvəz Hafizlini qətlə yetirən əmisi oğlunun   FOTOLARI

saytların hazırlanması

Evə çatdırılma

Əvəz Hafizlini qətlə yetirən əmisi oğlunun FOTOLARI

Kriminal

23 Fevral 2022 19:38 1016


Dünən saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində 24 yaşlı əmisi oğlu Əmrulla Güləliyev tərəfindən bloger kimi tanınan Əvəz Şıxməmmədovun qətli barədə məlumat vermişdik.

Yenisabah.az xəbər verir ki, Milli.Az qətli törətməkdə ittiham edilən Əmrulla Güləliyevin fotosunu əldə edib:

Qeyd edək ki, Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib. Bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla Ə.Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib. Dominos pizza

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Ə.Güləliyev tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.Milli.az

 

 

 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!