Əvəz Zeynallı ilə bağlı apellyasiya şikayəti verildi

saytların hazırlanması

Evə çatdırılma

Əvəz Zeynallı ilə bağlı apellyasiya şikayəti verildi

Kriminal

12 Sentyabr 2022 10:21 1264


Jurnalist Əvəz Zeynallı barəsində seçilən həbs qətimkan qərarından apellyasiya şikayəti verilib.

Yenisabah.az xəbər verir ki, bu haqda Əvəz Zeynallının vəkili Aqil Layıc feysbuk hesabında yazıb.

“Əvəz Zeynallının həbs edilməsinə dair Binəqədi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti özəl poçt xidmətinə təqdim edilib. Sabah Binəqədi rayon Məhkəməsində olacaq. Bakı Apellyasiya Məhkəməsindən qərarın ləğv edilməsi və onun barəsində qətimkan tədbirinin ləğv edilməsi və ya alternativ olaraq ev dustaqlığı qətimkan tədbirinin seçilməsi məhkəmədən xahiş edilib”, - vəkil qeyd edib.  Marqarita pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!