Əvəz Zeynallı Türkiyəyə gedir

saytların hazırlanması

Evə çatdırılma

Əvəz Zeynallı Türkiyəyə gedir

Sosial

30 Aprel 2025 11:53 310


Tanınmış jurnalist, “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı müalicə məqsədilə Türkiyəyə yollanacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı onun həyat yoldaşı Məlahət Zeynallı yayıb.

Məlahət Zeynallı qeyd edib ki, Əvəz Zeynallının səhhətində ciddi problemlər var və son günlər onun sağlamlıq durumu ilə bağlı müxtəlif ölkələrdən – Almaniya, Avstriya, Danimarka, İsveçrə, Belarus, İran, Rusiya və Türkiyədən – müalicə təklifləri və dəvətlər daxil olub. Müzakirə və qiymətləndirmələrdən sonra ailə tərəfindən müalicənin Türkiyədə aparılması daha məqsədəuyğun hesab olunub. pizza mizza

“Dünyanın hər yerindən həkimlər, mütəxəssislər və xəstəliyi yenmiş insanlar bizimlə əlaqə saxlayır. Hər kəsin dəstəyini, qayğısını yüksək qiymətləndiririk. Hazırda həkimlərlə məsləhətləşmələr aparılır və böyük ehtimalla yaxın günlərdə Əvəz Zeynallı Türkiyəyə müalicə üçün yollanacaq”, - deyə Məlahət Zeynallı bildirib.

Qeyd edək ki, Əvəz Zeynallıda 4-cü dərəcəli onkoloji xəstəlik (xərçəng) diaqnozu qoyulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!