Həbsdə olan tanınmış jurnalist Əvəz Zeynallıın ev dustaqlığına buraxılması ilə bağlı Bakı Apellyasiya Məhkəməsi tərəfindən şikayətə baxılıb.
Yenisabah.az-ın məlumatına görə, “Xural TV”nin rəhbərinin vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.
Vəkil Rəşad Vaqifoğlu bildirib ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda Binəqədi Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb. Dördpendirli pizza
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, istintaqla vəzifəli şəxs olan “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib və barələrində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qərardan verilən apellyasiya şikayəti də təmin olunmayıb. Daha sonra onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verilib. Lakin bu dəfə də vəsatət təmin edilməyib.
Hazırda o, Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə, nüfuz alveri) maddəsilə təqsirli bilinir.
Telegram kanalımız