"Xural" internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub.
Yenisabah.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı "Facebook"da paylaşım edib.
Həyat yoldaşı qeyd edib ki, bir müddət əvvəl 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Əvəz Zeynallının sağlıq durumunda ciddi problemlər yaranıb: Pepperoni pizza
"Həkimlər müayinədən sonra nələrdənsə şübhələniblər, bir müddət sonra onu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsinə göndərdilər. Təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparıb, "biopsiya" götürdülər. 10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar".
M.Zeynallı bildirib ki, bağırsağında olan bədxassəli şiş artıq metastaz verib, xərçəng qara ciyərinə yayılıb.
Telegram kanalımız