Evin həbsxanasında işgəncə - Video İranı qarışdırdı

saytların hazırlanması

Evə çatdırılma

Evin həbsxanasında işgəncə - Video İranı qarışdırdı

Dünya

24 Avqust 2021 11:58 1405


Tehranda yerləşən Evin həbsxanasında çəkilmiş işgəncə görüntüsünün yayımlanmasından sonra İranda növbəti siyasi qalmaqal qopub.

Yenisabah.az "Entekhab"a istinadla xəbər verir ki, ölkənin Cəzaların İcrası Təşkilatının rəhbəri Məhəmməd Mehdi Hacı Məhəmmədi bu görüntülərdə müşahidə olunan davranışları qəbuledilməz adlandırıb və üzr istəyib.

Hacı Məhəmmədi həmçinin öz "Twitter" hesabında təcili tədbirlərin görüləciyini açıqlayıb. pizza

İran Ali Məhkəməsi başçısının birinci müavini Məhəmməd Müsəddiq də Evin həbsxanasının CCTV kameralarından köçürülən videoaya münasibət bildirib. 

Onun sözlərinə görə, faktla bağlı araşdırma gedir: "Hazırda araşdırma aparılır və mövzu tam aydın deyil. Məncə, sabah zəruri izahat veriləcək".

Xatırladaq ki, son günlər İranda "Ədalət-e Əli" ("Əlinin ədaləti") haker qrupu bir sıra video paylaşımlarla güdəmə gəlib. 

Evin həbsxanasındakı görüntüləri "Tapandegan" adlı haker qrupu yayıb.

Bir çox siyasi məhbusun saxlanıldığı Tehranın Evin Həbsxanasındakı təhlükəsizlik kameralarından ötən həftə çəkilmiş video görüntüləri "Tapandegan"a "Ədalət-e Əli"nin hakerləri ötürüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!