Evində 877 ədəd çətənə kolu aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Evində 877 ədəd çətənə kolu aşkarlandı

Kriminal

20 May 2019 12:30 3963


Daxil olmuş məlumat əsasında Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Buzovna qəsəbə sakini Şahin Əliyev saxlanılıb.

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, onun yaşadığı evin həyətinə baxış keçirilən zaman xüsusi olaraq əkilən və qulluq edilən 877 ədəd narkotik tərkibli çətənə kolu aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Əliyevdən əlavə olaraq 5 kiloqram 595 qram qurudulmuş marixuana da aşkar edilib.

Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq niyyəti ilə əkdiyini və onlara qulluq edərək yetişdirdiyini bildirib. pizza hut

Faktla bağlı 1-ci Polis Şöbəsində Ş.Əliyev barəsdində toplanan material araşdırlması üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!