Evində tiryəkxana açan dəstə üzvləri saxlanıldı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Evində tiryəkxana açan dəstə üzvləri saxlanıldı - VİDEO

Kriminal

09 Mart 2022 15:14 660


Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar keçirilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə, həmçinin 20 və 21-ci Polis Bölmələrinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb. Onlardan ümumilikdə 7 kiloqram narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər aşkar olunub. Əməliyyatlar zamanı saxlanılan Qadir Nəsibovun üzərindən, eləcə də yaşadığı evdən 5 kiloqram 120 qram heroin, Orxan Hacıbabayev, Tərlan Ələkbərov, Hacıməmməd Məmmədov və Pərviz Kərimovdan isə 2 kiloqram müxtəlif xassəli narkotik vasitələr aşkar olunub.

Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələr vasitəsi ilə əldə ediblər. Onlar xarici ölkələrdə yaşayan narkotacirlərlə tanış olaraq həmin şəxslərin narkokuryerlik təklifi ilə razılaşıblar. Saxlanılan şəxslər külli miqdarda maddi qazanc müqabilində həmin narkotacirlərin yalan vədlərinə aldanaraq narkotik vasitələrin satışını həyata keçiriblər. Dördpendirli pizza

Araşdırma zamanı müəyyən edilib ki, Qadir Nəsibov evində narkotik vasitə istifadəçiləri üçün tiryəkxana da təşkil edib. O, narkotik vasitələri satdığı şəxslərə heroin və metamfetamin qəbul etmək üçün şərait yaradıb.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Adları çəkilən şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!