Evində narkotik gizlədən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Evində narkotik gizlədən şəxs tutuldu

Kriminal

15 Fevral 2022 16:22 597


İsmayıllıda evində satış məqsədilə narkotik gizlədən şəxs saxlanılıb. 

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon sakini Sahib Eyyubov şübhəli şəxs qismində saxlanılıb. Sezar pizza

Onun yaşadığı ünvana baxış keçirilərkən həyətyanı sahədə satış məqsədilə gizlətdiyi yarım kiloqrama yaxın qurudulan marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, S.Eyyuvobun ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!