Evləri sökülən sakinlər MTK-dan nə istəyirlər? - Video

saytların hazırlanması

Evə çatdırılma

Evləri sökülən sakinlər MTK-dan nə istəyirlər? - Video

Sosial

06 Dekabr 2024 23:02 1089


Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 16 ünvanındakı ikimərtəbəli tikilidə məskunlaşan keçmiş məcburi köçkünlər ərazidə söküntü və tikinti işləri aparan Mənzil-Tikinti Kooperativindən (MTK) şikayətçidirlər.

Sakinlər bildirirlər ki, şirkət artıq söküntü işlərinə başlayıb, lakin burada məskunlaşmış məcburi köçkünlərin başqa evlərə köçürülməsi təmin edilməyib.

"MTK deyir ki, kirayəyə çıxın, sizə 500 manat ödəniş ediləcək. Biz də buna inanmırıq. Çünki belə vədləri çox görmüşük. Bir ayın kirayə pulunu verib, digərlərini ödəmirlər", - şikayətçi Ehtiram Hüseynov deyib. pizza sifarişi

"Kirayənin pulunu verəcəklərinə inanmıram. Buradan getmək fikrim də yoxdur. İstəyirəm ki, tikdikləri binadan bizə ev versinlər. Bizim kimi kasıblardan pul qazanmaq istəyirlər", - deyə başqa bir sakin narazılıq bildirib.

Daha ətraflı Baku TV-nin videomaterialda:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!