Meyxanaçı Aqşin Fateh sosial şəbəkədə qonaq olduğu “Hər şey daxil” verilişindən bir hissəni paylaşıb.
“Yeni Sabah” xəbər verir ki, meyxanaçı "soyunan" müğənnilərin ünvanına sərt sözlər deyib.
Onun görüntüyə əlavə etdiyi şərh də diqqət çəkib:
“Mən uşaqlığımdan belə gördüm. Məhləmizə qız, gəlin dalınca yad maşın və ya oğlan kişi girə bilməzdi. Dava, qan düşərdi, o adam salamat çıxa bilməzdi!!! Sinfimizdə qızlara kənar sinifin oğlanları sataşsa, mütləq dərsdən sonra məktəbin arxasında davaya çağrılardı! Sevdiyimiz qızı gizlin, 2 km uzaqdan izləyərdik. Azərbaycan kişisi, yəni bizə nə oldu??? Hər bir yolunu azan qadının, pis əməlinin altında, bir kişinin imzası vardı. Hər kəs başqasının namusunu öz doğmaları gözündə görsə, cavan qız, gəlinlər pis yola düşməzdilər! Heyif bu millətdən, çox heyif!!!”
Əsmətxanım
Telegram kanalımız