Əxlaqsızlığı təbliğ edən tiktoker yenidən həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Əxlaqsızlığı təbliğ edən tiktoker yenidən həbs olundu

Kriminal

02 Oktyabr 2025 15:27 409


Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Yenisabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, keçirilən növbəti tədbir nəticəsində 1992-ci il təvəllüdlü Elsevər Nəbiyev saxlanılıb. Belə ki, “Eliş” ləqəbli şəxs Səbail rayonunda – Dənizkənarı Milli Park ərazisində çəkiliş apararkən saxlanılıb.

Əxlaqsızlığı təbliğ edən tiktoker barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 və 510-cu maddələri ilə protokol tərtib edilib. pizza hut

Səbail Rayon Məhkəməsinin qərarı ilə Elsevər Nəbiyevə 30 sutkalıq inzibati həbs verilib.

Qeyd edək ki, E.Nəbiyev daha əvvəl də oxşar əməllərə görə həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!