“Expressbank”da mənfəət 34%-dən çox azalıb

saytların hazırlanması

Evə çatdırılma

“Expressbank”da mənfəət 34%-dən çox azalıb

İqtisadiyyat

18 Oktyabr 2025 11:14 830


“Expressbank” 2025-ci ilin yanvar-sentyabr aylarını 6 milyon 22 min manat xalis mənfəətlə başa vurub.

“Yeni Sabah” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 153 min manat və ya 34,36% azdır. Ötən ilin ilk doqquz ayında bankın mənfəəti 9 milyon 175 min manat təşkil etmişdi.

Hesabat dövründə bankın əməliyyat mənfəəti də cüzi azalıb. 2025-ci ilin 9 ayında “Expressbank” 15 milyon 318 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 153 min manat və ya 0,99% azdır. pizza mizza

Üçüncü rübdə bankın qeyri-faiz xərcləri 38 milyon 679 min manata yüksəlib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,34% çoxdur. Ötən ilin analoji dövründə qeyri-faiz xərcləri 35 milyon 375 min manat təşkil etmişdi.

Eyni zamanda, qeyri-faiz gəlirlərində azalma qeydə alınıb. 2024-cü ilin ilk doqquz ayında 15 milyon 293 min manat qeyri-faiz gəliri olan “Expressbank”, 2025-ci ilin eyni dövründə bu göstəricini 14 milyon 404 min manata qədər itirib.

Bankın ticarət və investisiya qiymətli kağızlarının həcmi 1 milyon 722 min manat olub ki, bu da illik müqayisədə 12,06% və ya 236 min manat azalma deməkdir. Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri də azalaraq 882 min manatdan 274 min manata enib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!