Eyhman və Xaçaturyan...

saytların hazırlanması

Evə çatdırılma

Eyhman və Xaçaturyan...

Hadisə

01 Avqust 2023 08:48 1454


Vaqif Xaçaturyanın saxlanılması mənə Mossad-ın Adolf Eyhmanı həbs etməsini xatırlatdı. Bu barədə çoxdan oxumuşdum, baxdım ki, indiki Azərbaycan o vaxtkı İsrailin cəsarətli gedişi tarixini yaşayır.

Xaçaturyan da, Eyhman da hərbi cinayətkar olublar. Biri 1991-ci ildə Xocalının Meşəli kəndində azərbaycanlıları qətlə yetirib, digəri Avropadakı yəhudilərin Almaniyadakı ölüm düşərgələrinə köçürülməsinə, krimatoriyada yandırılmasına əmr verənlərdən olub.

İkinci dünya müharibəsi bitdikdən sonra Holokost törədənlərin ovuna başlanıldı. İsrailin siyahısında birinci yeri Adolf Eyhman tuturdu. Lakin onu tapmaq mümkün olmurdu. İsrail kəşfiyyatı bilmirdi ki, Beynəlxalq Qızıl Xaç komitəsi ona saxta sənəd verib. Eyhman Rikardo Klimento adı ilə Argentinaya qaçmışdı. İki ildən sonra arvadı və üç oğlu da saxta sənədlərlə onun yanına gediblər. Eyhmanın dördüncü oğlu Argentinada doğulub.  Sezar pizza

Ölkə prezidenti Huan Peronun Hitler siyasətinə rəğbəti o həddə çatıb ki, müharibədən sonra faşistlərə sığınacaq verib. Nasistlər rahat yaşayır, hətta Argentina ordusunda məsul vəzifələr tuturdular. Lakin Adolf Eyhmanın məhz harada olması İsrailin təhlükəsizlik orqanını düşündürən əsas məsələ idi. Eyhmanın tutulmasında bir neçə versiya mövcuddur. Əsas versiya aşağıdakından ibarətdir. 

Belə günlərin birində Argentinada yaşayan alman yəhudisi Lotar German məktub yazdı ki, deyəsən Adolf Eyhman burada gizlənir. Lotar Germanın qızı Nikolas evə gələndə deyib ki, Eyhman soyadlı oğlanla tanış olub. Atası qızına heç nə deməsə də, fikrə gedib ki, bəlkə bu, cəllad Adolf Eyhmanın oğludur? Prezident Huan Peron nasistlərə necə rahat şərait yaradıbsa, Eyhman Qızıl Xaç komitəsinin saxta Rikardo Klimento sənədini kənara ataraq, əsl ad-soyadı ilə arxayın yaşayıb.

Lotar Germanın birinci məktubuna çox da əhəmiyyət verilməyib. Lakin üçüncü məktubundan sonra qərara alıblar ki, bunu yoxlasınlar. Mossad-ın gizli müşavirəsində qərara alınıb ki, Argentina hökuməti bunu bilməməlidir. Çünki Huan Peron şəxsən göstəriş verərdi ki, əməliyyatın qarşısı alınsın, Eyhman gizlədilsin. Meksika hökumətinin Troitskiyə mühafizə təyin etməsinə bənzər göstərişi Argentina prezidenti də verərdi. Qoca Lotar dedektivliyə çıxıb Eyhmanın ünvanını da öyrənib: Buenos-Ayres, Çakabuko küçəsi, 4261. 

1958-ci ildə İsrailin təhlükəsizlik orqanının təcrübəli müstəntiqi Şabak Aaroni ora gondərilir. 5 nəfərdən ibarət əməliyyat qrupu Çakabuko küçəndə izləmə üçün mövqe seçməyə çalışanda, hiyləgər Eyhman nədənsə duyuq düşür və yaşadığı yeri tərk edir. Əməliyyatçıların qanı qaralır. Yenə də uzun illər vaxt lazım gələcəkdi ki, hərbi cinayətkarın yeni ünvanını tapsınlar. Bircə təsəlli onda idi ki, Eyhmanın yaşadığı ölkə tapılmışdı. Nəhayət ki, yeni ünvan tapılır. Foto çəkilişlər İsrailə göndərilir. Təsdiq edilir ki, bəli, bu odur. Əməliyyata "Final" adı verilir və 1960-cı ildə Eyhmanı tutaraq təyyarə ilə İsrailə qaçırırlar. 

Onun gizli yolla qaçırılmasına görə Argentinanın məsul şəxsləri işdən çıxarılır. Həqiqətən də Argentina tarixində rüsvayçı hadisə baş vermişdi. Sənin vətəndaşını ölkənin güc strukturlarının gözündən yayındırıb qaçırırlar, xəbərin olmur. Mossad-ın qızıl əməliyyatlarından biri sayılan "Final" əməliyyatı bu təhlükəsizlik orqanı barədə əfsanələr yaratdı. Argentina tələb etdi ki, onun vətəndaşı Adolf Eyhman geri qaytarılmalı, İsrail üzr istəməlidir, çünki suverenliyi pozub. Lakin bütün təzyiqlərə bsxmayaraq, İsrail hərbi cinayətkar Adolf Eyhmanı qaytarmadı, nə də üzr istəmədi. Sonuncu bəyanatı isə belə oldu: "Bu, İsrail üçün prinsipial məsələ idi. Bizim milləti qıranları son anda da olsa yaxalayaçağıq".

Belə.

Məhz Meşəli kəndində əli azərbaycanlıların qanına batmış Vaqif Xaçaturyanın həbs edilməsi də Azərbaycan üçün prinsipial məsələdir. Heç bir təzyiqə baxmayaraq, Azərbaycan onu qaytarmayacaq. Məsələ burasındadır ki, İsrail onun mənafeyinə toxunan məsələlərin həllində cəsarətli siyası gedişlər edərək indiki güclü halına gəlib. Azərbaycanın beynəlxalq aləmdə güclü movqeyi həm də Xaçaturyanın həbsi ilə daha da möhkəmlənəcək ki, bizim xalqı qıranları son anda da olsa yaxalayacağıq və onların azadlığı üçün bizimlə təzyiq dilində danışmaq yolverilməzdir.

Azər Qismət


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!