Fabio Kannavaro istefaya göndərildi

Fabio Kannavaro istefaya göndərildi

İdman

05 Fevral 2023 10:44 418


İtaliyanın “Benevento” klubunun baş məşqçisi Fabio Kannavaro istefaya göndərilib.

Yenisabah.az xəbər verir ki, mütəxəssisin postundan uzaqlaşdırılmasına səbəb komandanın uğursuz çıxış etməsidir.

49 yaşlı baş məşqçi ilə yanaşı, köməkçi məşqçi vəzifəsində çalışan kiçik qardaşı Paolo Kannavaro da istefaya göndərilib.

“Benevento” 23 oyundan sonra turnir cədvəlinin 19-cu pilləsində qərarlaşır. Kannavaro 2022-ci ilin sentyabrında B seriyası klubuna təyin olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!