İstanbulun Tuzla rayonundakı kimya fabrikində yanğış baş verib.
“Yeni Sabah” Türkiyə mediasına istinadən bildirir ki, qısa müddətdə böyüyən yanğın dəhşətli partlayışa səbəb olub. İçi kimyəvi maddələrlə dolu olan tankerlər partlayıb. Tankerlərdən biri boş əraziyə düşsə də, digəri yanğınsöndürən maşının üzərinə düşüb.
Hadisə nəticəsində 3 yanğınsöndürən xəsarət alıb. Dominos pizza
Qeyd edək ki, yanğını söndürmək üçün əraziyə 53 yanğınsöndürən maşın və 147 yanğınsöndürən cəlb olunub.


Sabrina
Telegram kanalımız