“Facebook”un mənfəəti rekord səviyyədə artıb

saytların hazırlanması

Evə çatdırılma

“Facebook”un mənfəəti rekord səviyyədə artıb

Dünya

30 İyul 2021 07:37 860


“Facebook” şirkəti cari ilin ikinci rübündə mənfəətinin illik müqayisədə 56% artdığını bildirib. Şirkətdən verilən məlumata görə, bu, 2016-cı ildən bəri qeydə alınan ən sürətli artım olduğu üçün rekord nəticə sayıla bilər.  

Müvafiq məlumatı CNBC yayıb. Bildirilib ki, “Facebook”un yarımillik xalis mənfəəti 19.9, rüblük xalis mənfəəti isə 10.4 milyard dollar təşkil edib.   

Rüblük ümumi gəlir 29.08 milyard dollar səviyyəsində olub. Toyuqlu pizza

Beləliklə, rüb ərzində şirkətin hər bir səhmi öz sahibinə 3.61 dollar qazandırıb.

Onu da qeyd edək ki, ilin əvvəlindən etibarən “Facebook”un səhmləri 37% bahalaşıb. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!