Fahrettin Altun İrana üzrxahlıq bildirdi - TRT rəhbərinin səhvi

saytların hazırlanması

Evə çatdırılma

Fahrettin Altun İrana üzrxahlıq bildirdi - TRT rəhbərinin səhvi

Dünya

16 Oktyabr 2024 12:30 692


"Son zamanlar media rəsmilərimizdən birinin qeyri-adekvat açıqlamaları ilə bağlı pis təəssürat yaranıb".

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidentliyinin kommunikasiya mərkəzinin rəhbəri Fahrettin Altun İranın mədəniyyət naziri Abbas Salehi ilə söhbətində deyib. 

O əlavə edib: "Bununla bağlı təəssüfləndiyimi bildirərək vurğulayıram ki, Türkiyə hökumətinin yanaşması İranla bütün sahələrdə dostluğu gücləndirmək və əlaqələri artırmaqdan ibarətdir və buna zidd hər hansı bəyanatın yanaşmamızla heç bir əlaqəsi yoxdur". Pepperoni pizza

Xatırladaq ki, bir neçə gün əvvəl TRT-nin baş müdiri Zahid Sobacı bu ilin sonunda "TRT Fars" şəbəkəsinin fəaliyyətini açıqlamışdı. Onun "Biz İranı narahat etməliyik, buna məcburuq" ifadəsi geniş narazılıq doğurmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!