“Fairmont“da karantini pozanlardan biri jurnalistləri təhqir etdi - Video

saytların hazırlanması

Evə çatdırılma

“Fairmont“da karantini pozanlardan biri jurnalistləri təhqir etdi - Video

Sosial

05 İyul 2020 19:38 1159


Bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq "Fairmont Baku" hotelində istirahət edən şəxslərdən biri jurnalistləri təhqir edib.

Yenisabah.az xəbər verir ki, ad və soyadı məlum olmayan şəxs "İnstagram" hesabında yaydığı videoda həqarətlə çıxış edib.

"Maşallah, hara gedirik, oralar quruyur. Sağ olsun, hansısa işverənlər paylaşımlarımızı saytlara verdilər və "Fairmont" da bağlandı. Rahat olun, xəbər saytları, bizi buradan da etdiniz. Görək, növbəti istirahətimizi etməyə haranı tapırıq", deyə o bildirib. Toyuqlu pizza

Qeyd edək ki, bu gün "Fairmont Baku" hotelində polis əməkdaşları əməliyyat keçirib. Karantini pozan şəxslərin kimliyi müəyyənləşdirilir.   /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!