Faiq Ağayev 50 yaşında - Ad günü

saytların hazırlanması

Evə çatdırılma

Faiq Ağayev 50 yaşında - Ad günü

Şou

29 Dekabr 2021 11:27 2767


Bu gün Xalq artisti Faiq Ağayevin 50 yaşı tamam olur.

Yenisabah.az xəbər verir ki, sənətçi doğum günündə pərəstişkarlarına müraciət edib.

Sosial şəbəkə hesabında bu barədə yazan Ağayev "Yaxşı ki, varımsınız, ey əzizlər. Məni sevməkdə davam edin” -, deyə qeyd edib.  Toyuqlu pizza

Xatırladaq ki, 1971-cı ilin məhz bu günündə Bakıda dünyaya göz açan Faiq Ağayev peşəkar səhnəyə 1988-ci ildə gəlib. Həmin il "Bakı Payızı-88" müsabiqəsinin qalibi seçilib. Bu müsabiqədən sonra "Qızıl Payız-89" Respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də qalib gələrək, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanıb.

Faiq Ağayev 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!