Fazil Mustafa qələbəsini belə qeyd etdi - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Fazil Mustafa qələbəsini belə qeyd etdi - VİDEO

Siyasət

02 Sentyabr 2024 10:41 864


Dünən keçirilən növbədənkənar parlament seçkilərində gərgin mübarizənin getdiyi dairələrdən biri də 26 saylı Sabunçu Birinci Seçki dairəsi idi. 

Açıqlanan ilkin nəticələrə görə, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa sözügedən dairədə liderdir.

Yenisabah.az xəbər verir ki, Böyük Quruluş Partiyasının başqanı, Vl çağırış Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət komitəsinin sədri qələbəsini seçki qərargahında qeyd edib.  Marqarita pizza

F.Mustafa seçicilərinə etimada görə təşəkkürünü bildirib: 

“Hər şey yüksək səviyyədə keçdi, baxmayaraq ki, yay ayıdır, amma seçici fəallığı var idi. Yenidən seçicilərin dəstəyini qazanmağımız çox qürurvericidir. Zəhmət çəkib gəlib öz vətəndaşlıq borcunu yerinə yetirən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Bundan sonra da bu qərargahda seçicilərimin dərd-sərini dinləyib problemləri parlament səviyyəsində gündəmə gətirəcəyəm. 

Bu, həm də Böyük Quruluş Partiyasının uğurudur. Biz yaranandan bəri parlamentdə olmağı hədəfləmiş partiya idik və şükürlər olsun ki, bu məqsədimizə də çatdıq”. 

Həmin görüntüləri təqdim edirik: 

Əsmətxanım 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!