Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlunun məhkəməsi başladı

saytların hazırlanması

Evə çatdırılma

Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlunun məhkəməsi başladı

Kriminal

06 Oktyabr 2025 15:13 538


Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanovun cinayət işi üzrə məhkəmə başlayıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına verilib. Marqarita pizza

Əbülfəz Səricanovu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həbs edib. Ona cinayət işi üzrə Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) maddəsi ilə ittiham elan olunub.

Bu maddənin sanksiyasında 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!