Fəaliyyətini dayandıran “Şüvəlan” “Zirə” klubuna yardım edəcək – Bəyanat

saytların hazırlanması

Evə çatdırılma

Fəaliyyətini dayandıran “Şüvəlan” “Zirə” klubuna yardım edəcək – Bəyanat

İdman

23 İyul 2019 10:46 1374


2018/2019 mövsümündə I Divizionda çıxış etmiş "Şüvəlan" klubu fəaliyyətini dayandırması ilə bağlı bəyanat yayıb.

“Yeni Sabah” həmin bəyanatı təqdim edir:

"Uzun illərdən bəri Azərbaycanın Bakı şəhərinin Şüvəlan qəsəbəsini təmsil edən Şüvəlan Futbol Klubu bir çox futbol turnirlərində ölkəmizi təmsil edərək müxtəlif mükafatlar uğrunda apardığı mübarizə və qazandığı nailiyyətlərlə Azərbaycan futboluna töhfəsini verib, habelə bir sıra yeniyetmə və peşəkar gənc futbolçuların yetişdirilməsində böyük əməyi olub. Buna baxmayaraq, son zamanlar Premyer Liqa komandaları arasında rəqabətin güclənməsi, o cümlədən, “Şüvəlan”da səmərəli idarəetmənin həyata keçirilməsi kluba əlavə maliyyə mənbəyinin cəlb edilməsi zərurətini ortaya çıxarıb. Bu tələbləri nəzərə alaraq, “Silk Way Holding” və klub rəhbərliyi arasında məsləhətləşmələr aparılıb. Bakıətrafı qəsəbələr üzrə daha güclü, peşəkar və rəqabət qabiliyyətli klubla təmsil olunmaq məqsədi ilə qısa vaxt ərzində böyük nailiyyətlərə imza atan “Zirə” Futbol Klubuna dəstək olunması qərara alınıb. Sezar pizza

İnanırıq ki, bu dəstək nəticəsində "Zirə” Futbol Klubu yaxın dövr ərzində daha yüksək nailiyyətlər əldə edərək, Azərbaycanda futbolun inkişafı naminə və azarkeşlərin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək. 

Eyni zamanda "Zirə” Futbol Klubuna sponsorluğunu davam etdirəcəyini bəyan edən "Silk Way” şirkəti bundan sonra da, Azərbaycanda futbolun inkişafı naminə ölkəmizin beynəlxalq turnirlərdə layiqli təmsil olunması üçün maddi-texniki təminat və infrastruktur dəstəyinin əsirgəməyəcəyini bildirib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!