Fədayəni oğlan kimi böyütmüşəm - Fədayənin anası

saytların hazırlanması

Evə çatdırılma

Fədayəni oğlan kimi böyütmüşəm - Fədayənin anası

Şou

24 Oktyabr 2023 10:10 421


“Fədayəni oğlan kimi böyütmüşəm. İlahəyə libas, gəlincik alanda, ona şalvar, verlosiped alırdım".

Yenisabah.az xəbər verir ki, bunu müğənni Fəadyə Laçının anası Təranə xanım “Xəzər axşamı” verilişində deyib. 

O əlavə edib: "Məktəbdə əlaçı idi. Övladına laylay çalırdı. Bildim ki, gözəl səsi var. Mənim heç yerə getmirdi. Amma bir dəfə qonşuya getmişdim, gördüm, Fədayə də gəlib. Məndən icazəsiz gəldiyi üçün onu vurdum. O da getdi. Ondan sonra axırıncı dəfə oldu ki, Fədayə mənim arxamca harasa gəlsin. O hadisə yadıma düşəndə pis oluram ki, onu niyə elə vurdum”. pizza sifarişi

Anası qızının cəzaçəkmə müəssisəsindən ona zəng etdiyi anları da xatırlayıb:

“Dediyim kimi, onu oğlan kimi böyütmüşdüm. O hadisə baş verəndə pis oldum. Qəflətən xəbər tutduq. İçəridən mənə zəng vurdu və ağlamaq istədi. Dedim, ağlama. Səni oğul kimi saxlamışam. Kişinin başına iş gələr. Ona belə desəm də, ürəyimdə çəkdiyimi çəkirdim”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!