“Federasiya İrina Kindzerska ilə əlaqə saxlayıb“ - Mətbuat katibi

saytların hazırlanması

Evə çatdırılma

“Federasiya İrina Kindzerska ilə əlaqə saxlayıb“ - Mətbuat katibi

İdman

04 Mart 2022 13:42 1759


Ukraynada yaşayan tanınmış azərbaycanlı qadın cüdoçu İrina Kindzerska evi raket zərbəsi ilə dağıdılıb. İdmançı yaşadığı şəhəri tərk edib.

Yenisabah.az-a açıqlamasında Azərbaycan Cüdo Federasiyası mətbuat katibi Ülkər Abbasova qurumun ilk gündən İrina Kindzerska ilə əlaqə saxladığını bildirib:

“Azərbaycanın qadınlardan ibarət milli yığma komandasının üzvü İrina Kindzerskaya hazırda  Ukraynadadır. Baş verən hadisələrlə əlaqədar ilk günlərdən idmançı və onun ailəsi ilə daimi əlaqədəyik. Dördpendirli pizza

Hazırda İrina və onun ailəsi nisbətən təhlükəsiz yerdədirlər. Azərbaycan Cüdo Federasiyası olaraq, İrina və ailəsinə federasiyanın imkanları daxilində lazımi dəstəyi göstərməyə hazır olduğumuzu bildirmişik. İrina və ailəsinim verəcəyi qərara əsasən federasiya müvafiq dəstəyi göstərəcəkdir”.

Mehri QURBAN


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!