“Fənərbağça“nın sabiq futbolçusu “Qarabağ“a keçir

saytların hazırlanması

Evə çatdırılma

“Fənərbağça“nın sabiq futbolçusu “Qarabağ“a keçir

İdman

26 Yanvar 2023 09:35 763


Fransanın "Dijon" klubunun futbolçusu Yassin Benzia karyerasını Azərbaycanda davam etdirə bilər.

Yenisabah.az "Lequipe"a istinadla xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "Qarabağ"la müqavilə imzalamağa çox yaxındır.

Ağdam təmsilçisi əlcəzairli oyunçuya 2,5 illik müqavilə təklif edib. Benzia cari mövsüm komandasının heyətində meydana çıxmayıb. Sezar pizza

Y. Benzia Fransada "Lion", "Lill", Yunanıstanda "Olimpiakos", Türkiyədə "Fənərbağça" və "Hatayspor" klublarının formasını geyinib. Əlcəzair millisinin sabiq futbolçusu Fransanın aşağı yaş qruplarından ibarət yığmalarında da çıxış edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!