"Fənərbaxça" heyətinə yeni oyunçu cəlb edib.
Yenisabah.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Barselona"dan Emre Demirin transferini açıqlayıb. Emre ilə 4.5 illik müqavilə imzalanıb.
19 yaşlı yarımmüdafiəçi üçün Kataloniya klubuna təzminat ödənilməyib. Ancaq şərtə görə futbolçunun satışından əldə olunacaq gəlirinin 20 faizi "Barselona"ya ödnilməlidir.
Qeyd edək ki, Emre Demir "Barselona"nın B komandasının üzvü idi. O, Türkiyənin aşağı yaş qrupları üzrə millilərində oynayıb.
Telegram kanalımız