Fərari prezident indi haradadır? - Yeni iddia

saytların hazırlanması

Evə çatdırılma

Fərari prezident indi haradadır? - Yeni iddia

Dünya

18 Avqust 2021 11:00 1077


Əfqanıstanın eks-prezidenti Əşrəf Qəninin Tacikistanda olması rəsmən inkar etdikdən onun Birləşmiş Əmirlikkdə olması barədə fərziyyələr dolaşmağa başlayıb.

Yenisabah.az "Kabul News"a istinadla xəbər verir ki, fərari prezidentin hazırda BƏƏ-nin paytaxtı Əbu-Dabidə olduğu iddiası ortaya çıxıb.

4 gün əvvəl Əfqanıstandan qaçan Əşrəf Qəni əvvəlcə Tacikistana uçub. Lakin onun təyyarəsi bu ölkənin hava məkanına daxil olmayıb. Sezar pizza

Sonradan eks-prezidentin Özbəkistan, Qazaxıstan və ya Omana uçduğu iddia olunub.

Rəsmi Daşkənd və Nur Sultan Əşrəf Qəninin bu ölkələrdə olduğunu inkar edib.

"Kabul News"a danışan bir mənbə bildirib ki, Qəni ailəsi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidədir.

Mənbə həmçinin onun Fars körfəzi sahilindəki əmirlikdə yəqin ki, çox qalmayacağı və ABŞ-a gedəcəyini iddia edib.

Hindistanın "India Today" nəşri də eyni iddianı irəli sürüb.

Məlumata görə, Əşrəf Qəninin uçduğu təyyarədə Əfqanıstan hökumətinin keçmiş milli təhlükəsizlik müşaviri Həmdullah Moheb də olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!