Fərari prezidentin qızı: “Atama görə çox pərişanam“

saytların hazırlanması

Evə çatdırılma

Fərari prezidentin qızı: “Atama görə çox pərişanam“

Dünya

18 Avqust 2021 14:54 1493


Əfqanıstanın fərari prezidenti Əşrəf Qəninin qızı Məryəm Qəni özünü pərişan hiss etdiyini bildirib.

Yenisabah.az "The Independent"ə istinadla xəbər verir ki, Məryəm Qəni Nyu-Yorkun Bruklin məhəlləsində şəhərində yaşayır.

Onun əsərləri Londondakı "Tate Modern" və Nyu-Yorkdakı "Guggenheim" da daxil olmaqla, dünyanın ən məşhur muzeylərində nümayiş etdirlir. Dördpendirli pizza

42 yaşlı rəssam və rejissor xanım "Instagram" səhifəsində fərdlərin və fəalların Əfqanıstan vətəndaşlarına kömək etmək üçün istifadə edə biləcəkləri mənbələrin siyahısını paylaşıb.

Prezident qızı ona təsəlli verənlərə də minnətdarlığını bildirib.

Xanım Qəni qeyd edib: "Son bir neçə gündə varlığını elan edən və həmrəyliyə çağıranlara təşəkkür edirəm. Bu mənim üçün çox böyük məna kəsb edir. Çox pərişan olmuşam. Hamıya ayrı-ayrılıqda cavab verə bimədiyim üçün üzürlü sayın".

Xatırldaq ki, 72 yaşlı fərari prezidentin harada olduğu hələlik məlum deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!