Fərarilik edən rusiyalı gənc İrəvanda tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Fərarilik edən rusiyalı gənc İrəvanda tutuldu

Hadisə

08 Aprel 2023 21:37 829


Ermənistan polisi Rusiyada axtarışda olan 23 yaşlı gənci fərarilik ittihamı ilə saxlayıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb.

Moskva polisi tərəfindən axtarışa verilən gənc aprelin 7-də tutulub. pizza hut

“Moskva hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən fərarilik ittihamı ilə axtarışda olan 23 yaşlı Yuri T. tapılaraq İrəvanın Nar-Dos küçəsindəki polis bölməsinə aparılıb”, – Ermənistan polisi bildirib.

Qeyd edək ki, Rusiyada fərariliyə görə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!