Tanınmış aktyor Fərda Amin canlı efirdə hər kəsi qorxudub.
Yenisabah.az xəbər verir ki, Nanə Ağamalıyevanın “7 tamam” verilişində qonaq olan aktyorun vəziyyəti birdən-birə pisləşib.
Hadisədən təşviş keçirən aparıcı studiyaya həkim çağrılmasını xahiş edib: Dominos pizza
“Fərda, sənə nə olub? Həqiqətən özünü yaxşı hiss etmir? Bu ciddidir? Zarafat deyil? Tamaşaçılar bilir ki, mən reytinq xətrinə efirdə belə şeylər etmərəm. Sənə oturduğun yerdə nə oldu, Fərda? Həkim çağırın! Canlı yayımda belə şeylər ola bilər, amma mənim başıma ilk dəfədir ki, belə hadisə gəlir”.
Bu zaman aktyor cibindən efirdə qonaq olan Elçin Cəfərovun şəkli olan vərəqi çıxarıb və onu ad günü münasibətilə təbrik edib.
Hər kəsi təşvişə salan Fərda bunu təbrikin yadda qalan olması üçün etdiyini bildirib.
Telegram kanalımız