Ferdinand Ronaldonu müdafiə etdi

saytların hazırlanması

Evə çatdırılma

Ferdinand Ronaldonu müdafiə etdi

İdman

02 Yanvar 2023 12:36 861


"Manchester United" klubunun sabiq müdafiəçisi Rio Ferdinand portuqaliyalı forvard Kriştianu Ronaldonun Səudiyyə Ərəbistanı komandası olan "Al-Nassr" klubuna transferi haqqında danışıb.

Yenisabah.az xəbər verir ki, Rio Ferdinand müsahibəsində ona haqq qazandırıb:

"Soruşuram, bir çox futbolçunun ABŞ "MLS" liqasına getməsi problem olmur, amma Kriştianu Ronaldonun Səudiyyə Ərəbistanına getməsi utancverici hərəkət oldu?" pizza mizza

Onun sözlərinə görə, bir çox ulduz karyerasını rəqabət səviyyəsi aşağı olan liqalarda tamamladı, amma onlara heç bir şey deyilmədi:

"Kriştianu Ronaldonun karyerasını fərqli bir yerdə bitirməyə haqqı var. Hətta ən çox onun haqqı var. Çünki bu futbolçu həyatı boyunca ən yüksək liqalarda oynayıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!