Fərhad Əhmədovun sərvəti artıb - “Forbes“

Fərhad Əhmədovun sərvəti artıb - “Forbes“

Sosial

11 Yanvar 2023 17:26 574


Əslən Azərbaycandan olan rusiyalı iş adamı Fərhad Əhmədovun sərvəti 2022-ci ildə 300 milyon dollar artıb.

Yenisabah.az “Forbes”a istinadla xəbər verir ki, varidat 1.4 milyard dollardan 1.7 milyard dollara qalxıb. Hazırda Fərhad Əhmədov dünyanın ən varlıları siyahısında 1.715-ci sıradadır.

Qeyd edək ki, Fərhad Əhmədov 15 sentyabr 1955-ci ildə Göyçay rayonunda anadan olub. Milyarder 1969-cu ildən bəri fəaliyyət göstərən təbii meyvə şirəsi istehsalçısı “AzNar” şirkətinin hazırkı rəhbəridir. 1987-ci ildə o, Rusiya qaz istehsalçılarını avadanlıqlarla təmin edən “Tansley Trading”i təsis edib. 6 il sonra isə F. Əhmədov Sibirdə neft-qaz şirkəti olan “Nortgas”ın minoritar səhmdarı olub. 1998-ci ildə isə azərbaycanlı qaz maqnatı digər investor “Bechtel Energy”nin 44%-ni satın alaraq, “Nortgas”ın sədri olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!