Eyyub Hüseynzadənin “Anadolu Events” şirkətinin təşkilatçılığı ilə Ferhad Göçer Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.
Yenisabah.az xəbər verir ki, o, səhnəyə çıxan andan etibarən tamaşaçılarla səmimi ünsiyyət quraraq həm klassik repertuarından, həm də yeni layihələrindən parçalar ifa edib.
Müğənni Azərbaycan xalqına və dövlətinə dərin təşəkkürünü bildirib: “Bakıda olmaq, bu gözəl səhnədə sizlər üçün oxumaq mənim üçün böyük şərəfdir. Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir – bunu hər səfərimdə daha da dərindən hiss edirəm.” pizza sifarişi
Gecənin sürprizi isə “Çırpınırdı Qaradəniz” mahnısının səsləndirilməsi olub. Göçerin özünəməxsus şəkildə təqdim etdiyi musiqi zalda duyğulu anlar yaşadıb. Sözügedən ifa 18 oktyabr “Dövlət Müstəqilliyinin Bərpası günü”nə həsr edilib.
Telegram kanalımız