Fərid Qayıbov Avropa çempionatında uğur qazanmış cüdoçularla görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Fərid Qayıbov Avropa çempionatında uğur qazanmış cüdoçularla görüşdü

İdman

11 May 2022 20:14 220


Gənclər və idman naziri Fərid Qayıbov Bolqarıstanın paytaxtı Sofiya şəhərindəki Avropa çempionatında uğurlu çıxış etmiş Azərbaycan cüdoçuları ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, milli komandanın üzvlərini salamlayan F.Qayıbov onların hazırlığı və qitə çempionatında çıxışları ilə maraqlanıb. Məşqçilər nazirə idmançıların hazırlığı və nəticələri barədə məlumat veriblər. pizza sifarişi

Qeyd edək ki, cüdoçular Avropa çempionatında 3 medal qazanıblar. Hidayət Heydərov (73 kq) Avropa çempionu olub. Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) isə 3-cü yeri tutublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!